ÜST: 50 ölkədə yoluxma hallarının artması "Covid-19"-un qeyri-sabitliyini göstərir

Qebreyesus vurğulayıb ki, ÜST-nin vəzifəsi ən pis ssenariyə hazırlaşmaq və beləliklə də ölkələrin növbəti epidemiya təhlükələrinə ən yaxşı hazırlıqları görməsini təmin etməkdir.

1825012
ÜST: 50 ölkədə yoluxma hallarının artması "Covid-19"-un qeyri-sabitliyini göstərir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında çıxış edən baş direktor Tedros Adhanom Qebreyesus son həftələrdə yayılan "omicron" alt variantları, artan yoluxma hallarına qarşı peyvəndlərin əhəmiyyəti və mayın 12-də ABŞ-da keçiriləcək Qlobal "Covid-19" Sammitindən danışıb.

Qebreyesus Cənubi afrikalı tədqiqatçılar tərəfindən aşkarlanan "Omicron" variantının BA.4 və BA.5 alt variantlarının Afrikada yayılmasının və ondan əvvəl kəşf edilən BA.2 alt variantının qlobal miqyasda dominantlığının davam etdiyini ifadə edərək, “İmmunitetin nisbətən yüksək olduğu ölkələrdə "Covid-19" səbəbiylə ağır xəstəlik və ölənlərin sayı daha azdır. Amma peyvəndin az olduğu ölkələr üçün bunu demək olmaz” deyib.

"50-dən çox ölkədə yoluxmaların artması "Covid-19"-un qeyri-sabitliyini göstərir." deyən Qebreyesus vurğulayıb ki, ÜST-nin vəzifəsi ən pis ssenariyə hazırlaşmaq və beləliklə də ölkələrin növbəti epidemiya təhlükələrinə ən yaxşı hazırlıqları görməsini təmin etməkdir.



Әlaqәli Xәbәrlәr