ABŞ-ın Milli Kəşfiyyat direktoru: "Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır"

ABŞ-ın Milli Kəşfiyyat (DNI) direktoru Avril Haynes bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada “uzunmüddətli müharibəyə” hazırlaşır.

1825037
ABŞ-ın Milli Kəşfiyyat direktoru: "Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır"

ABŞ-ın Milli Kəşfiyyat (DNI) direktoru Avril Haynes bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada “uzunmüddətli müharibəyə” hazırlaşır.

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən “Dünya miqyasında təhdidlər” iclasına qatılan ABŞ Kəşfiyyat Birliyinin bir nömrəli şəxsi Avril Haynes 24 fevraldan bəri davam edən Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.

Putinin Ukraynada nə etmək istədiyi ilə bağlı sualı cavablandıran Haynes "Ruslar orada (Donbasda) uğur qazansalar belə, bu vəziyyət müharibəni bitirməyəcək. Prezident Putinin Ukraynada öz məqsədlərinə çatmaq üçün Donbasda qazansalar belə uzunmüddətli müharibəyə hazırlaşdığını hesab edirik" deyib.

Rusiyanın ilkin hərbi məqsədlərinə çata bilmədiyini ifadə edən Haynes diqqətini paytaxt Kiyevdən Donbas bölgəsinə çevirdiyini ifadə edərək bildirib ki, qarşıdakı 1-2 ay çox həlledici olacaq, ruslar hərbi səylərini Donbas bölgəsində artıracaq. Putinin strateji hədəfləri yəqin ki, dəyişməyib.

Avril Haynes Putinin yalnız Rusiya dövləti üçün ekzistensial təhlükə hiss etdiyi halda nüvə silahına müraciət edə biləcəyini hesab etdiklərini, lakin yenə də ehtiyatlı və diqqətli davrandıqlarını ifadə edib. 

Bu arada Ukrayna hakimiyyəti də Rusiyanın ölkənin şərqində hücumlarını davam etdirdiyini bildirib.



Әlaqәli Xәbәrlәr