ABŞ-ın BMT-dəki nümayəndəsi Türkiyəyə təşəkkür edib
Linda Tomas Qrinfil Türkiyəyə suriyalı qaçqınlara ev sahibliyi etməkdə göstərdiyi səxavət, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və Ukrayna xalqına göstərdiyi yardıma görə təşəkkür edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfil Türkiyəyə suriyalı qaçqınlara ev sahibliyi etməkdə göstərdiyi səxavət, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi və Ukrayna xalqına göstərdiyi yardıma görə təşəkkür edib.
ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyindən verilən açıqlamaya görə, Tomas Qrinfild Suriya xalqına dəstək mövzusunda görüş üçün səfərdə olduğu Belçikanın paytaxtı Brüsseldə xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşüb.
Türkiyənin Cilvegözü sərhəd-keçid məntəqəsindən BMT-nin Suriyaya transsərhəd yardımının davam etdirilməsini müzakirə edən Tomas Qrinfild Türkiyənin ev sahibliyi etdiyi 3,7 milyondan çox qaçqına göstərdiyi fövqəladə səxavət üçün Sedat Önala təşəkkür edib.
Tomas Qrinfild deyib ki, qaçqınların Suriyaya qayıtması isə təhlükəsiz, ləyaqətli və könüllü olmalıdır.
ABŞ səfiri həmçinin Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə və Ukrayna xalqına göstərdiyi köməyə görə Türkiyəyə təşəkkür edib.
Әlaqәli Xәbәrlәr

Çexiya Avropa İttifaqına sədrliyi Fransadan təhvil alıb.
Çexiya bu gündən etibarən Avropa İttifaqına (Aİ) sədrliyi Fransadan təhvil alıb.