Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Bildirilib ki, indiyədək Rusiyanın 26 000  hərbçisi öldürülüb.

1824596
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 26 000  hərbçisi öldürülüb.

Məlumatda Rusiyanın son 24 saatda 350 hərbçisinin öldürüldüyü vurğulanıb.

Bundan başqa, Rusiyanın 199 təyyarə, 158 helikopter, 1170 tank, 2 808 zirehli döyüş maşını, 519 artilleriya qurğusu, 87 hava hücumundan müdafiə sistemi, 185 reaktiv yaylım atəş sistemi, 1980 avtomobil texnikası, 12 gәmisi, 76 yanacaq çәni vә 380 pilotsuz uçuş aparatı məhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr