Avropa İttifaqı suriyalılar üçün əlavə vəsait ayırıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin 2022-ci ildə suriyalılara əlavə 1 milyard avro vəsait ayırdığını açıqlayıb.

1824698
Avropa İttifaqı suriyalılar üçün əlavə vəsait ayırıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin 2022-ci ildə suriyalılara əlavə 1 milyard avro vəsait ayırdığını açıqlayıb.

Borrell Belçikanın paytaxtı Brüsseldə altıncı dəfə təşkil edilən “Suriya və Regionun Gələcəyinə Dəstək Konfransı”nın açılışında çıxış edib. 

Borrell "Rejim bölgələri də daxil olmaqla Suriyada əhalinin 90 faizi yoxsulluq içində yaşayır. Əhalinin 60 faizinin ərzaq təhlükəsizliyi yoxdur. İnsanlar növbəti yardımın haradan gələcəyini bilmirlər. Rusiyanın 24 fevralda Ukraynadakı müharibəsi ərzaq və enerji qiymətlərini artıracaq və Suriyada vəziyyət daha da pisləşəcək” deyib.

Borrell Türkiyə, Livan, İordaniya, Misir və İraq kimi suriyalıları qəbul edən ölkələrin üzərinə düşən yükün ağır olduğunu bildirib:

“Ümid edirik ki, bu ölkələrdəki suriyalılar könüllü, davamlı, təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıdacaqlar”. 

Aİ-nin keçən il 2022-ci ildə suriyalılar üçün 560 milyon avro ayırdığını xatırladan  Borrell “2022-ci il üçün əlavə 1 milyard avro ayırdığımızı elan etməkdən məmnunam” ifadəsini işlədib.

Aİ nümayəndəsi bəyan edib ki, İttifaq 2023-cü ildə Suriya və region ölkələrindəki suriyalılara daha 1 milyard 560 milyon avro dəstək verəcək.

Keçən ilki konfransda suriyalılar üçün 5,3 milyard avro (6,4 milyard dollar) ayrılıb.

6 ildir Brüsseldə keçirilən Suriya ilə bağlı toplantılar Aİ və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir və suriyalılar üçün maliyyə yardımı öhdəlikləri götürülür.

Hökumətlərin, beynəlxalq və regional təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi toplantıda Türkiyəni xarici işlər nazirinin müavini səfir Sedat Önal təmsil edir.



Әlaqәli Xәbәrlәr