İran və Polşa nazirləri Tehranda bir araya gəldi

Fars Xəbər Agentliyinin məlumatına görə...

1823706
İran və Polşa nazirləri Tehranda bir araya gəldi

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Ukrayna və Rusiya arasında danışıqlar olmalı, müharibə dayandırılmalı və atəşkəs təmin edilməlidir.

  Fars Xəbər Agentliyinin məlumatına görə, H.Ə.Abdullahiyan paytaxt Tehrandakı Xarici İşlər Nazirliyində polşalı həmkarı Zbiqnev Rau ilə görüşüb.

  İkitərəfli və heyətlərarası görüşlərindən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Abdullahiyan Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib: “İran vətəndaşlarının Ukraynadan öz ölkələrinə köçürülməsinə köməklik göstərdiyinə görə Polşa hökumətinə təşəkkür edirik.

  Ukraynadakı son hadisələrdən danışdıq. İraq, Əfqanıstan və Yəməndə olduğu kimi, Ukraynada da müharibənin əleyhinəyik. Ukrayna və Rusiya arasında siyasi danışıqlar müharibənin dayandırılmasına və atəşkəsə səbəb olmalıdır."

  Polşanın xarici işlər naziri Zbiqnev Rau da öz növbəsindəki çıxışında Ukraynanın öz ərazisini müdafiə etmək hüququna diqqət çəkərək bildirib: "Polşa hesab edir ki, Ukraynadakı müharibə Rusiyanın heç bir səbəb olmadan zorakılıq tətbiq etməsindən qaynaqlanır. Ukrayna beynəlxalq hüquqa görə müstəqil dövlətdir və təbii ki, öz ərazisini müdafiə etmək hüququ var".

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr