Yaponiya XİN rәhbәri Ficiyә sәfәr edib
‘‘Kyodo’’ xәbәr agentliyinin yaydığı məlumatına görə, Hayaşi Yoşimasa Fici baş naziri və xarici işlər naziri Voreqe Bainimarama ilə görüşüb.

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa Sakit okeanın cənubunda yerləşən ada ölkəsi Ficinin paytaxtı Suvaya səfər edib.
‘‘Kyodo’’ xәbәr agentliyinin yaydığı məlumatına görə, Hayaşi Yoşimasa Fici baş naziri və xarici işlər naziri Voreqe Bainimarama ilə görüşüb.
Görüş zamanı Hayashi və Bainimarama әhatәli ikitərəfli münasibətləri gücləndirmək barədə razılığa gəliblər.
Görüşdə Çin və Solomon adaları arasında keçən ay imzalanan təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi ətrafında fikir mübadiləsi aparılıb.
Yaponiyalı nazir paytaxt Suvaya səfəri çərçivəsində Sakit Okean Adaları Forumunun baş katibi Henri Puna ilə də görüşüb.
Әlaqәli Xәbәrlәr

Nigeriyada vәba nәticәsindә ölәnlәrin sayı 74 nәfәrә çatıb
Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 74 nәfәrә çatıb.

Norveçdә gecә klubunda atışma, ölәn vә yaralananlar var
Norveçdә gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.