Türkiyə hərbçiləri Liviyadakı qanunsuz mücahirləri xilas edib

Türkiyə hərbçiləri 10 gündür Liviya sahillərində qapalı vəziyyətdə qalan 17 qanunsuz mühaciri xilas edib.

1823156
Türkiyə hərbçiləri Liviyadakı qanunsuz mücahirləri xilas edib

Türkiyə hərbçiləri 10 gündür Liviya sahillərində qapalı vəziyyətdə qalan 17 qanunsuz mühaciri xilas edib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Liviyanın Aralıq dənizindəki Misrata şəhəri sahillərində qayıqda olan 17 qanunsuz mühacirin gəmiyə alındığı, mühacirlərdən birinin müdaxiləyə baxmayaraq həyatını itirdiyi bildirilib.

Açıqlamaya görə, dünən Liviyanın Misrata şəhəri yaxınlığında Türkiyə Hərbi Dəniz Qüvvələrinin Vəzifə Qrupunda xidmət edən TCG Gökçeada freqatı tərəfindən bir qayıq aşkar edilib.

Qayıqda yarı huşsuz vəziyyətdə olan 17 qanunsuz mühacir gəmiyə aparılıb.

Gəmidə olan həkim tərəfindən aparılan kontrolda 12 nəfərin səhhətinin yaxşı, 4 nəfərin isə huşsuz vəziyyətdə olduğu müəyyən edilib.

Mühacirlərdən birini isə səhiyyə işçilərinin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Mühacirlərin Banqladeşdən olduğu və 10 gündür dənizdə olduqları müəyyən edilib.

Xilas edilən qanunsuz müvahirlər qurulan koordinasiya nəticəsində Homs limanında Liviya səlahiyyətlilərinə təhvil verilib.



Әlaqәli Xәbәrlәr