Qida çatışmazlığından əziyyət çəkənlərin sayı sürətlə artır
BMT: 193 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP), Avropa İttifaqı (Aİ) və müxtəlif qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə hazırlanan Qida Böhranına Qarşı Qlobal Şəbəkənin (GNAFC) illik hesabatını açıqlayıb.
“2022-ci ilin Qlobal Ərzaq Böhranı” başlıqlı hesabata görə, münaqişələr, ekstremal hava şəraiti və yeni növ koronavirus (Covid-19) epidemiyasının iqtisadi təsirləri səbəbindən 2021-ci ildə 53 ölkədə/regionda təxminən 193 milyon insan böhran və ya daha pis səviyyədə kəskin qida təhlükəsizliyi ilə üz-üzə gəldi. Hesabatda qeyd edilir ki, 2021-ci ildə kəskin ərzaq çatışmazlığından əziyyət çəkən insanların sayı təxminən 193 milyon nəfərə çatıb ki, bu da 2020-ci ilə müqayisədə təxminən 40 milyon artdığını göstərir. "Efiopiya, Cənubi Madaqaskar, Cənubi Sudan və Yəməndə olmaqla 570,000 nəfəri kəskin qida təhlükəsizliyi fəlakətinin zirvəsində yaşayır ki bunun daha da artmasının qarşısını almaq üçün təcili tədbirlərə zərurət vardır.
Hesata görə yüksək kəskin aclıqla mübarizə aparan ölkələr qida və kənd təsərrüfatı idxalına asılılıqları və qlobal ərzaq qiymətləri şoklarına qarşı dözümsüz olmaları səbəbindən Şərqi Avropada (Rusiya-Ukrayna) müharibə risklərinə qarşı müdafiəsizdirlər.
BMT-nin hesabatında 2021-ci ildə münaqişələr 24 ölkədə/regionda 139 milyon insanın, ekstremal hava şəraiti isə 8 ölkədə/regionda 23 milyondan çox insanın, iqtisadi sarsıntılar isə 21 ölkədə 30 milyondan çox insanın kəskin ərzaq təhlükəsizliyinin səbəbləri arasında olduğuna diqqət çəkilib.