Makron: "Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir"

Fransa prezidenti Emmanuel Makron Parisdəki Yelisey sarayında Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

1822100
Makron: "Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir"

Fransa prezidenti Emmanuel Makron Parisdəki Yelisey sarayında Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Makron "Twitter" səhifəsində görüşdə müxtəlif beynəlxalq böhranlar, ikitərəfli strateji tərəfdaşlıq və ərzaq təhlükəsizliyinin müzakirə edildiyini açıqlayıb.
Makron "Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir və onun BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi daxil edilməsini dəstəkləyir. Fransa Hindistanın BMT Təhlükəsizlik Şurasına daimi üzvlük, eləcə də Nüvə Təchizatçıları Qrupuna üzvlük təklifinə davamlı dəstəyini bir daha təsdiqləyib” deyib.

Modi isə "Twitter" hesabında "Fransaya səfərim qısa, lakin səmərəli oldu" deyib.

Fransa ilə Hindistan arasında müxtəlif sahələrdə əməkdaşlıqların olduğunu qeyd edən Modi Fransanın ölkəsinin əsas tərəfdaşlarından biri olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr