ABŞ: Rusiya Ukrayna müharibəsində artıq məğlub olub

Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın Ukraynada ilk növbədə qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyini və müharibəni artıq öz naminə uduzduğunu vurğulayıb.

1822107

Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Ukrayna üçün "qələbə" tərifinin Ukraynanın öz seçimindən asılı olduğunu vurğulayan Psaki "Biz əvvəldən verdiyimiz müdafiə dəstəyi ilə Ukraynanın danışıqlar masasında əlini gücləndiririk" deyib.

Psaki müharibənin əvvəlində Rusiyanın qısa müddətdə Ukraynanı nəzarət altına almağı planlaşdırdığını və bu məqsədinə nail ola bilmədiyini bildirib.

"Ruslar öz növbəsində artıq müharibədə məğlub olublar. Ukraynaya nəzarət edə bilmədilər. Vladimir Putin Kiyev küçələrində görünə bilməyəcək. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini devirə bilməyəcəklər. Onlar NATO-nu da bölə bilmədilər”.

Әlaqәli Xәbәrlәr