“ABŞ hər iki ssenariyə hazırlaşır”, N.Prays

Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə proqramı ilə bağlı razılaşmanın olmadığı bir ssenariyə hazırlaşdıqlarını açıqladı

1822462
“ABŞ hər iki ssenariyə hazırlaşır”, N.Prays

 

  Amerika Birləşmiş Ştatları (ABŞ) İranın nüvə proqramı ilə bağlı razılaşmanın olmadığı bir ssenariyə hazırlaşdıqlarını açıqladı.

  Gündəlik mətbuat brifinqində sualları cavablandıran ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) Avstriyanın paytaxtı Vyanada davam edən və ABŞ-ın 2018-ci ildə çıxdığı İranla nüvə proqramına dair "Birgə hərtərəfli fəaliyyət planı" (OKEP) müqaviləsinə dönüşlə bağlı deyib: “Fakt budur ki, biz son aylarda Vyanada keçirilən P5+1 (BMT-nin beş daimi üzvü və Almaniya) kontekstində mühüm irəliləyiş əldə etmişik, lakin müqaviləni tamamlaya bilməmişik və edəcəyimizə də əmin deyilik. Bu, qeyri-müəyyən olaraq qalır”.

  Avropa müttəfiqləri ilə danışıqları davam etdiririk. OKEP-ə qarşılıqlı dönüşün qeyri-müəyyənliyinə görə biz olub-olmama arasında hər iki ssenariyə hazırlaşırıq. Yəni biz müttəfiqlərimiz və tərəfdaşlarımızla OKEP-in olmadığı bir ssenariyə də hazırlaşırıq və onun tələblərini yerinə yetirəcək başqa taktika və digər yanaşmalara əl atmalı olacağıq.

  ABŞ prezidenti Co Bayden açıq şəkildə bəyan edib ki, İranın OKEP ilə və ya onsuz nüvə silahı əldə etməsinə heç vaxt və heç vəchlə icazə verilməyəcək”.

  Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə OKEP imzalandı (2015), Donald Tramp vaxtı isə tərk edildi (2018).

  2021-ci il yanvarın 20-dən ABŞ-ın prezidenti olan C.Baydenin ilk işlərindən biri İranla nüvə sazişinə qayıtmaq üçün danışıqlara başlamaq oldu. Lakin tərəflər hələ də razılığa gələ bilməyiblər.



Әlaqәli Xәbәrlәr