“Təkcə hərbi əməliyyatlar terroru dayandıra bilməz”, A.Quterreş

BMT baş katibi "Ramazan həmrəyliyi" adlı mini Afrika turunun son ayağı olan Nigeriya səfəri çərçivəsində ilk olaraq “Boko Haram” terror təşkilatının fəaliyyət göstərdiyi Borno əyalətinə gedib

1821932
“Təkcə hərbi əməliyyatlar terroru dayandıra bilməz”, A.Quterreş

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib ki, təkcə hərbi əməliyyatlar terroru dayandıra bilməz.

  "Ramazan həmrəyliyi" adlı mini Afrika turunun son ayağı olan Nigeriya səfəri çərçivəsində ilk olaraq “Boko Haram” terror təşkilatının fəaliyyət göstərdiyi Borno əyalətinə gedən A.Quttereş valisi (qubernator) Babaqana Zulum ilə birgə mətbuat konfransında çıxış edib.

  Nigeriya hökumətinin terroru sadəcə başa düşmək deyil, həm də mübarizədə düzgün yanaşma tərzini təqdir edərək deyib: “Amma təkcə hərbi əməliyyatlarla terrora son qoyula bilməz. İctimaiyyətlə etimadın yaradılması və terror hücumlarının qurbanlarına dolanışıq dəstəyinin artırılması vacibdir”.

  Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı “Boko Haram”ın 2009-cu ildən bu yana törətdiyi kütləvi zorakılıqlarda 20 mindən çox insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr