Almaniya prezidenti və kanslerinin Ukrayna səfərinin alınmama səbəbi bəlli oldu

ZDF telekanalında Ukraynadakı müharibə ilə bağlı sualları cavablandıran kansler deyib...

1821641
Almaniya prezidenti və kanslerinin Ukrayna səfərinin alınmama səbəbi bəlli oldu

 

  Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) bildirib ki, prezident Frank-Valter Ştaynmayerin (Frank-Walter Steinmeier) Ukraynaya səfərinin alınmaması onun bu ölkəyə getməsinə mane olub.

  ZDF telekanalında Ukraynadakı müharibə ilə bağlı sualları cavablandıran kansler deyib: “Almaniya prezidentinin Ukraynaya getməməsi mənim səfərimin qarşısını aldı.

  Ukraynaya hər cür hərbi və maliyyə yardımı göstəririk, bu ölkənin gələcəyi üçün vacib olacaq təhlükəsizlik təminatlarını veririk. Almaniya hökuməti Ukraynanı dəstəkləməkdə tərəddüd etmir. Ölkəmizin maliyyə və hərbi yardımı Ukrayna ordusunun müharibədə uzun müddət davam gətirməsinə dəstəkdir. Bu köməyimiz davam edəcək.

  Məqsədimiz Rusiyanın müharibəni dayandırması və qoşunlarını Ukraynadan çıxarmasıdır. Rusiya qalib gəlməməli, Ukrayna isə uduzmamalıdır.

  NATO isə bu müharibəyə qatılmayacaq.”

   Xatırladaq ki, Polşa və Baltikyanı ölkələrin başçıları aprelin ortalarında Kiyevə Ştaynmayerlə birlikdə getmək istəsələr də, Ukrayna prezidenti Volodimir Zelenskinin onu qəbul etmək istəmədiyi məlum olub.



Әlaqәli Xәbәrlәr