ABŞ-la Ermənistan arasında nüvə əməkdaşlığı sazişi imzalandı

ABŞ Dövlət Departamentindən verilən məlumata görə...

1821621
ABŞ-la Ermənistan arasında nüvə əməkdaşlığı sazişi imzalandı

 

  Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında nüvə əməkdaşlığı sazişi imzalandı.

  ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət katibi Entoni Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki ölkə arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini bildirib.

  Görüşdən sonra başçılar mülki nüvə enerjisi sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

  Müqavilə Ermənistanın enerji təchizatını diversifikasiya etmək məqsədi daşıyır.

  ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Mirzoyanın Ermənistanın demokratiya və hüquqi nizamın qurulmasında əldə etdiyi irəliləyişləri və qonşuları ilə əlaqələri yaxşı qiymətləndirdiyini bildirib.

  Qeyd edək ki, ABŞ bir sıra ölkələrlə nüvə enerjisi sahəsində əməkdaşlıq və diplomatik və iqtisadi əlaqələrin gücləndirilməsi üçün analoji sənəd imzalayıb.

  Nüvə anlaşma memorandumları ABŞ və tərəfdaş ölkə arasında strateji əlaqələri gücləndirən və genişləndirən diplomatik mexanizmlərdir ki, mülki nüvə enerjisi məsələləri üzrə əməkdaşlıq və hökumət, sənaye, milli laboratoriyalar və akademik qurumların ekspertləri arasında qarşılıqlı əlaqə üçün çərçivə təmin edir.



Әlaqәli Xәbәrlәr