“ABŞ və onun Qərb müttəfiqləri bəzi qırmızı xətləri keçməkdədir”, M.Hirş

Müəllif Maykl Hirşin (Michael Hirsh) bu mövzudakı məqaləsindən yarımbaşlıqları təqdim edirik

1821175
“ABŞ və onun Qərb müttəfiqləri bəzi qırmızı xətləri keçməkdədir”, M.Hirş

 

  Mərkəzi ABŞ-da olan "Foreign Policy" jurnalı Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin atdığı addımlarla Ukraynadakı savaşı qlobal müharibəyə çevirə biləcəyinə diqqət çəkib.

  Müəllif Maykl Hirşin (Michael Hirsh) bu mövzudakı məqaləsindən yarımbaşlıqları təqdim edirik.

  ABŞ prezidentinin Rusiyanı zəiflətmək strategiyası Ukrayna savaşını qlobal müharibəyə çevirə bilər.

  C.Bayden əvvəlcə NATO və ABŞ-ı birbaşa münaqişəyə cəlb etməmək üçün ehtiyatlı davrandı, lakin son vaxtlar Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirir. Belə ki, o, Ukraynaya dəstək verməklə “Rusiyanın təcavüzünü cəzalandırmaq və gələcək münaqişə riskini azaltmaq” məqsədi daşıdığını açıq-aşkar söyləyir.

  Ekspertlərin rəyinə görə, ABŞ və onun Qərb müttəfiqləri bəzi qırmızı xətləri keçməkdədir.

  Co Bayden rəsmi Moskva ilə nüvə müharibəsindən yayınma siyasətini arxa plana keçirir ki, bu, narahatlıq doğurur. Amma küncə sıxılmış rusiyalılar nüvə silahına sarıla, bu halda hər bir tərəf uduza və geri dönüşü olmayan bucağa girə bilər”.



Әlaqәli Xәbәrlәr