Finlandiya prezidenti mayın 12-də açıqlama verəcək

Bu barədə Finlandiyanın “İlta-Sanomat” tabloidi məlumat yayıb

1820961
Finlandiya prezidenti mayın 12-də açıqlama verəcək

 

  Finlandiya prezidentinin mayın 12-də NATO-ya mümkün üzvlüklə bağlı açıqlama verəcəyi gözlənilir. Bu barədə Finlandiyanın “İlta-Sanomat” tabloidi məlumat yayıb.

  Finlandiya prezidenti Sauli Niinistö müsahibəsində ölkəsinin NATO-ya mümkün üzvlüyü ilə bağlı yekun rəyin açıqlanacağı tarix haqqında danışıb. Onun sözlərinə görə, Finlandiyanın yerləşdiyi regionda təhlükəsizlik vəziyyəti dəyişib. Bunu nəzərə alaraq mayın 12-də prezident Sauli Niinistö parlamentdə təmsil olunan partiyalarla görüş keçirəcək. Həmin tarixə qədər Finlandiya parlamentində müvafiq məsələ ilə bağlı məsləhətləşmələr keçirilməsi nəzərdə tutulub.

  Yerli mətbuatın yazdığına görə, hökumətin təhlükəsizlik siyasəti ilə bağlı hazırlanan hesabatına cavabdeh olan komitələr mayın 11-dək öz işlərini başa çatdırmalı və hesabatlarını təqdim etməlidirlər.

  Finlandiyanın NATO-ya üzvlük üçün müraciətinə dair mümkün qərar daha sonra prezident və hökumət arasında hazırlanacaq birgə kommünikenin bəyan olunması ilə qəbul edilə bilər.



Әlaqәli Xәbәrlәr