Qızıl mədəni çökdü: 12 nəfər ölüb

İndoneziyanın Sumatra adasında qeyri-qanuni işlədilən qızıl mədənlərindən birinin çökməsi nəticəsində 12 qadın həyatını itirib.

1820443
Qızıl mədəni çökdü: 12 nəfər ölüb

Polis idarəsindən hadisə ilə əlaqəli yayılan açıqlamada: “Sumatranın Mandailing Natal ərazisində yerləşən qızıl mədəni çöküb. Qəzadan sonra aparılan axtarış-xilasetmə fəaliyyətləri nəticəsində 12 qadın şaxtaçının cəsədi tapılıb. İki qadın yaralı xilas edilib. 14 qadın tərəfindən qanunsuz işlədilən mədən karxanası bağlanıb.

İndoneziyada minlərlə insan ağır yaralanma və hətta ölüm riski olan iş şəraitinə baxmayaraq, dolanışığını təmin etmək üçün qeyri-qanuni mədənlərdə işləməyə məcburdur.



Әlaqәli Xәbәrlәr