Konq Xuanyou Çin ilә Yaponiya arasındakı münasibәtlәri qiymәtlәndirib
Çinin Yaponiyadakı səfiri Konq Xuanyou bildirib ki, Yaponiya Çinə rəqib və ya düşmən kimi davranmağa davam edərsə münasibətlər pisləşəcək.
Çinin Yaponiyadakı səfiri Konq Xuanyou bildirib ki, Yaponiya Çinə rəqib və ya düşmən kimi davranmağa davam edərsə münasibətlər pisləşəcək.
Səfir Konq Yaponiya-Çin münasibətlərinin normallaşmasının 50-ci ili münasibәtilә tәşkil edilәn seminarda 100-dən çox yapon sahibkarına onlayn qaydada müraciət edib.
Konq Yaponiya hökumətinin Çin mәsәlәsindә ABŞ ilə sıx münasibətinin Pekində xəyal qırıqlığı yaratdığını ifadə edib.
İki ölkə arasındakı əlaqələri "idealdan uzaq" olaraq xarakterizə edən Konq deyib: "Biz ya irəliləyə biləcəyimiz, ya da geri çəkilə biləcəyimiz bir yol ayrıcındayıq’’.
Səfir Konq Yaponiya və Çinin qarşılıqlı ticarət əlaqələrini “bir-birindən asılı və ayrılmaz” adlandırıb və iş dünyasının iki ölkənin gərgin münasibətlərinə töhfə verməsini istəyib.
Әlaqәli Xәbәrlәr

Nigeriyada vәba nәticәsindә ölәnlәrin sayı 74 nәfәrә çatıb
Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 74 nәfәrә çatıb.

Norveçdә gecә klubunda atışma, ölәn vә yaralananlar var
Norveçdә gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.