Co Bayden Yaponiya və Cənubi Koreyaya səfərə gedir
ABŞ prezidenti Co Bayden mayın 20-24-də Yaponiya və Cənubi Koreyaya səfər edəcək.

Ağ Evin sözçüsü Cen Psaki bu barədə açıqlama verib. “Prezident Bayden hökumətlərimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında əlaqələri daha da gücləndirmək üçün mayın 20-24-də Cənubi Koreya və Yaponiyaya səfər edəcək. Bu səfər mayın 12 və 13-də Vaşinqtonda keçiriləcək ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) Xüsusi Zirvəsi də daxil olmaqla Hind-Sakit Okean ölkələri ilə bir ildən çox davam edən sıx diplomatiyanın məhsuludur”.
Co Baydenin həm Cənubi Koreya, həm də Yaponiyadakı həmkarları ilə keçirəcəyi görüşlərdə ölkələr arasında əlaqələrin yaxşılaşdırılması, iqtisadi əlaqələrin genişləndirilməsi, əməkdaşlığın artırılması kimi məsələlərin müzakirə olunacağını ifadə edən Psaki, Baydenin Tokio səfəri çərçivəsində Avstraliya, Yaponiya, Hindistan və ABŞ-dan ibarət “Quad” qrupunun toplantısına da qatılacağını qeyd edib.
Әlaqәli Xәbәrlәr

Nigeriyada vәba nәticәsindә ölәnlәrin sayı 74 nәfәrә çatıb
Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 74 nәfәrә çatıb.

Norveçdә gecә klubunda atışma, ölәn vә yaralananlar var
Norveçdә gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 14 nəfər yaralanıb.