BMT veto hüququ özbaşınalığına son qoyan qərar qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası BMT Təhlükəsizlik Şurasında veto qüvvəsinə malik 5 ölkədən birinin bu hüquqdan istifadə edəcəyi təqdirdə açıqlama verməsini tələb edən qətnaməni qəbul edib

1818667
BMT veto hüququ özbaşınalığına son qoyan qərar qəbul etdi

 

  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası BMT Təhlükəsizlik Şurasında veto qüvvəsinə malik 5 ölkədən birinin bu hüquqdan istifadə edəcəyi təqdirdə açıqlama verməsini tələb edən qətnaməni qəbul edib.

  Türkiyə də daxil olmaqla 80-dən çox ölkənin qlobal sülhün təminatçısı olacağı gözlənildiyi halda, veto hüquqları ilə BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tez-tez qeyri-funksional vəziyyətə salan 5 daimi üzv - ABŞ, Çin, Rusiya, İngiltərə və Fransaya “Veto istifadəsinə görə hesab soruşulması qərarı” 193 üzvlü BMT Baş Assambleyasında müzakirə olunub.

  BMT Təhlükəsizlik Şurasında veto hüququna malik 5 ölkədən birinin bu hüquqdan istifadə edəcəyi təqdirdə açıqlama verməsini tələb edən qətnamə BMT Baş Assambleyasında qəbul edilib.

  Qətnaməyə əsasən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü hər hansı bir qətnaməyə veto qoyduğu zaman BMT Baş Assambleyası 10 gün ərzində toplaşacaq, veto qoyulmuş məsələni müzakirə edəcək və veto hüququndan istifadə edən ölkədən özünü müdafiə etməyi tələb edəcək.

  Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun azaldılması üçün uzun müddətdir müzakirəsi gedən bu məsələ fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra yenidən gündəmə gəldi.

  Qlobal sülhün qarantı olacağı gözlənilən 5 daimi üzv zaman-zaman öz maraqları üçün veto hüququndan istifadə etdikləri üçün son illər 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurası tıxanıb və öz funksiyasını yerinə yetirə bilmir.



Әlaqәli Xәbәrlәr