“Biz nə cür Ukrayna və Rusiya görmək istəyirik?” M.Miley

Amerikanın CNN televiziyasında çıxışında M.Milley Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və müharibənin gedişatı ilə bağlı deyib...

1818668
“Biz nə cür Ukrayna və Rusiya görmək istəyirik?” M.Miley

 

  ABŞ Baş Qərargahı rəisi Mark Milley Rusiyanın Ukraynaya hücumu ilə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Avropa və hətta beynəlxalq sistemin belə təhlükə altında olduğunu bildirib.

  Amerikanın CNN televiziyasında çıxışında M.Milley Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti və müharibənin gedişatı ilə bağlı deyib: “Rusiyanın fevralın 24-dən Ukraynaya hücuma keçməsi təkcə regional deyil, həm də qlobal miqyasda ciddi təhlükəsizlik təhdidinə qapı açıb. Bu gün təhlükə altında olan məsələ Avropanın İkinci Dünya Müharibəsindən bəri var olan əmin-amanlığıdır ki, siz onu 1945-ci ildən bəri mövcud olan qlobal beynəlxalq təhlükəsizlik nizamında asanlıqla görə bilərsiniz. Bu beynəlxalq nizam 78 ildir mövcuddur və bu günə qədər əsas problem olan müharibədən uzaq durulub.

  Böyük güclərin kiçik ölkələrə hücum etməməsi prinsipi bugünkü beynəlxalq təhlükəsizlik nizamında çox həyati bir məsələdir. Rusiyanın Ukraynaya hücumu bu prinsipi tamamilə pozub. Bu hücumlar cavabsız qalarsa, rəsmi Moskva beynəlxalq nizamı izləmək və onu zəiflətmək istəyəcək və bu, qlobal sistemi sabitliyin artması dövrünə sürükləyəcək.

  Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.

  Bizim kimi bir çox ölkələrin fikri azad və müstəqil Ukrayna və zəifləmiş Rusiya görməkdir.

  Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.



Әlaqәli Xәbәrlәr