Almaniya Rusiyaya reaksiya verib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın 40 alman diplomatını ölkədən çıxarma qərarı ilə özünə zərər verməyə davam etdiyini bildirib.

1817935
Almaniya Rusiyaya reaksiya verib

Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın 40 alman diplomatını ölkədən çıxarma qərarı ilə özünə zərər verməyə davam etdiyini bildirib.

Berbok Rusiyanın 40 alman diplomatı ölkədən çıxarma qərarı ilə bağlı yazılı açıqlama verib.

Rusiyadan bu addımı gözlədiklərini, lakin bunun heç bir şəkildə haqlı olmadığını ifadə edən Berbok deyib:

"Üç həftə əvvəl ölkədən çıxardığımız Rusiya nümayəndəliklərindəki 40 əməkdaş Almaniyada olduqları müddətdə bir gün də diplomatiyaya xidmət etmədilər. Bu insanlar uzun illər və sistemli şəkildə cəmiyyətimizdəki azadlığımıza və birliyimizə qarşı çalışdılar. Onların fəaliyyətləri ayrıca bizdə qoruma axtarışında olanları da təhdid etdi. Biz buna daha dözə bilməzdik, gələcəkdə də dözməyəcəyik”. 

Annalena Berbok Rusiya tərəfindən ölkədən çıxarılan alman diplomatların heç bir günahı olmadığını bildirib:

"Onlar mənfi şərtlərə baxmayaraq, açıq, maraq və böyük səylə ikitərəfli münasibətlərə xidmət etmək üçün Rusiyaya getdilər. Bu səbəbdən Rusiya bu gün də deportasiyalarla özünə zərər vurmağa davam edir". 

Almaniyanın xarici işlər naziri Berbok son günlərdə Almaniyanın Rusiyadakı nümayəndəliklərindəki qruplarla gözlənilən addımlar və nəticələrlə bağlı məsləhətləşdiyini bildirib və müvafiq işçilərə və onların ailələrinə hərtərəfli dəstək veriləcəyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiyanın Almaniyadakı nümayəndəliklərində çalışan 40 əməkdaşın "arzuolunmaz şəxs" elan edildiyi xatırladılıb, Almaniyanın Moskvadakı səfiri Geza Andreas von Geyrin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda “Səfirə nota verilib ki, Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərində çalışan 40 nəfər "arzuolunmaz şəxs" elan edilib” ifadəsindən istifadə edilib.

Aprelin əvvəlində Ukraynanın Buça şəhərində mülki əhali ölümlərindən sonra Almaniya Rusiyaya cavab olaraq ölkədəki 40 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.



Әlaqәli Xәbәrlәr