Salvadorda fövəladə vəziyyət rejiminin müddəti uzadıldı

Mərkəzi Amerika ölkəsi Salvadorda terror dəstəsinin üzvlərini zərərsizləşdirilmək məqsədi ilə martın 27-də elan edilmiş fövqəladə vəziyyət rejimin müddəti 30 gün uzadılıb.

1817640
Salvadorda fövəladə vəziyyət rejiminin müddəti uzadıldı

El Salvador Konqresində müzakirə edilən fövqəladə vəziyyət rejimin daha 30 gün uzadılması təklifi 84 deputatdan 67-nin lehdə səsi ilə qəbul edilib.

Prezident Nayib Bukele Twitter hesabından verdiyi açıqlamada, “Mara Salvatrucha” (MS13) dəstəsinin liderlərindən daha birinin ələ keçirdiklərini və martın 25-dən bəri davam edən əməliyyatlarda saxlanılan dəstə üzvlərinin sayının 16 mini keçdiyini qeyd edib.

Prezident Bukele Martın 28-də verdiyi açıqlamada Amerika Dövlətləri Təşkilatı (OAS) və Amerikalılararası İnsan Haqları Komissiyasının (IACHR) əvvəllər dəstələri gücləndirdiyini və atəşkəsə sponsorluq etdiyini irəli sürüb. Sosial media hesabında dəstə üzvlərinin yarıçılpaq fotolarını paylaşan prezident Bukele qeyd edib ki, dəstə başçıları təslim olmalıdılar, əks təqdirdə sonları pis olacaq.

Qeyd edək ki, səlahiyyətlilər ölkədə zorakılığın yenidən artmasında MS13 dəstəsini günahlandırırlar.



Әlaqәli Xәbәrlәr