Fransada Makron əleyhinə nümayişlər keçirilib

Fransada qeyri-rəsmi nəticələrə görə Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra paytaxt Paris ilə Renn və Nantesdə nümayişlər keçirilib.

1817230
Fransada Makron əleyhinə nümayişlər keçirilib

Fransada qeyri-rəsmi nəticələrə görə Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra paytaxt Paris ilə Renn və Nantesdə nümayişlər keçirilib.
Özlərini “antifaşist” adlandıran yüzlərlə insan Parisin Respublika meydanına toplaşıb.

Nümayişçilər Makron əleyhinə şüarlar səsləndiriblər. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Renn şəhərində valiliyin nümayişlərə qadağa qoymasına baxmayaraq, şəhərin mərkəzinə toplaşan 250-yə yaxın etirazçı zibil qutularını yandırıb və ətraf mühitə ziyan vurub.



Әlaqәli Xәbәrlәr