Yaponiya və ABŞ hərbçiləri birgə təlimlərə başlayacaq

Bu barədə “Nikkei” qəzeti aprelin 24-də məlumat yayıb

1817070
Yaponiya və ABŞ hərbçiləri birgə təlimlərə başlayacaq

 

  Yaponiya özünümüdafiə qüvvələrinin hərbiçiləri və ABŞ dəniz piyadaları cari ilin sentyabr və oktyabr aylarında Hokkaydo adasında iki həftə davam edəcək birgə təlimlər keçirəcəklər. Bu barədə “Nikkei” qəzeti aprelin 24-də məlumat yayıb.

  Təlimlərdə ümumilikdə 4 minədək hərbiçinin iştirakı planlaşdırılır ki, bu da onun həmin adanın tarixində ABŞ dəniz piyadaları ilə yapon hərbiçilərin birlikdə təşkil edilən ən böyük hərbi təlimləri olacağını təsdiq edir.

  Qeyd edilir ki, təlimlərin məqsədi Şərqi Asiya regionunda yarana biləcək təhdidlərə qarşı Yaponiya və ABŞ-ın müqavimətini artırmaqdır.

  Xatırladaq ki, Yaponiya və ABŞ hərbiçiləri tərəfindən Hokkaydo adasında əvvəlki təlimlər 2021-ci ilin dekabrında keçirilib. Həmin təlimlər vaxtı quruda və dənizdə birgə fəaliyyət, həmçinin aviasiyanın uçuş təlimləri və hərbi helikopterlərin yerdəki hədəfləri vurması məşqləri keçirilib.



Әlaqәli Xәbәrlәr