Emmanuel Makron gündәmdәki aktual mövzuları qiymәtlәndirib

‘‘Əgər Rusiya prezidenti Vladimir Putinlə danışmamağa qərar versək, danışıqları aparanlar Türkiyə və ya Çin prezidenti olacaq”.

1816704
Emmanuel Makron gündәmdәki aktual mövzuları qiymәtlәndirib

‘‘Əgər Rusiya prezidenti Vladimir Putinlə danışmamağa qərar versək, danışıqları aparanlar Türkiyə və ya Çin prezidenti olacaq”.

Bu sözlәri Fransa prezidenti Emmanuel Makron bildirib. ‘‘France İnter’’ radiosuna müsahibә verәn Emmanuel Makron gündәmdәki aktual mövzuları qiymәtlәndirib.

Bir müddətdir Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsinin olmadığını bildirən Fransa prezidenti  Ukraynanın Mariupol şəhərinə giriş əldə etmək üçün mütləq şəkildə danışacağını qeyd edib.

"Onunla danışmağa davam etmək bizim borcumuzdur. Əgər bu, insanların həyatını xilas edəcəksə, danışmaq lazımdır. Mən Vladimir  Putinlə həmişə açıq və tələbkar danışmışam. O, nə vaxtsa atəşkəsə hazırlaşmalı olacaq. Avropa da masada olmalıdır. Əgər Putinlə danışmamağa qərar versək, danışıqları aparanlar Türkiyə və ya Çin prezidenti olacaq”, - deyə Emmanuel Makron bildirib.

Emmanuel Makron Ukrayna-Rusiya müharibәsinin hәrbi yolla hәll olunmayacağını ifadә edib. Makron Ukraynaya silah yardımı edilmәyәcәyi tәqdirdә Ukraynanın Rusiyaya müqavimәt göstәrә bilmәyәcәyini qeyd edib.

 

 



Әlaqәli Xәbәrlәr