Şərqi Afrika ölkələrində aclıq təhlükəsi

Şərqi Afrika ölkələrinin quraqlıq səbəbindən aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edilib.

1816160
Şərqi Afrika ölkələrində aclıq təhlükəsi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının Şərqi Afrika üzrə regional direktoru Maykl Dunford təşkil etdiyi mətbuat konfransında bu barədə məlumat verib. Bölgədə 3 mövsümdür yağışın olmamasına və quraqlığın davam etməsi halında bundan 20 milyon insanın təsirlənəcəyinə diqqət çəkib.

Şərqi Afrikanın quraqlıq riski altında olduğunu bildirən Dunford, bölgədəki 81 milyon insanın qida təhlükəsizliyinin olmadığını, Somalidə hökm sürən quraqlıqdan təxminən 6 milyon insanın təsirləndiyini və 1,4 milyon insanın təcili yardıma ehtiyacı olduğunu vurğulayıb. Efiopiyada 7 milyon, Keniyada isə 3,5 milyon adamın quraqlıqdan zərər çəkdiyini xatırladan Maykl Dunford, Fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsinin təsirlərinin bölgədə hiss olunduğunu və ərzaq qiymətlərinin 23% artdığına, bu artımın Efiopiyada 66% Somalidə isə 36% faiz olduğunu diqqət çəkən Dunford Şərqi Afrikaya yardım üçün Ümumdünya Ərzaq Proqramının 6 ay ərzində 327 milyon dollara ehtiyacı olduğunu, lakin bu fondun yalnız 64 milyonunun toplana bildiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr