Yaponiya Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub

Yaponiya hökuməti Ukraynada davam etdirdyi  müharibədən sonra Rusiyaya qarşı hərtərəfli sanksiyalarını artırır.

1815072
Yaponiya Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub

Yaponiya Rusiyadan 38 məhsulun idxalına qadağa qoyub.

Yaponiya hökuməti Ukraynada davam etdirdyi  müharibədən sonra Rusiyaya qarşı hərtərəfli sanksiyalarını artırır.

Məlumata görə, söhbət əsasən araq daxil olmaqla spirtli içkilərdən, taxta-şalban məmulatlarından və elektrikli maşınlardan gedir. Bu məhsullar ötən il Yaponiyanın Rusiyadan ümumi idxalının 1,1 faizini təşkil edib.

İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi (METİ) sözügedən məhsullar üçün alternativ idxal yollarına üstünlük veriləcəyini açıqlayıb.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu beynəlxalq sanksiyaların Rusiya iqtisadiyyatına təsir etdiyini bildirib.

Matsuno deyib: ‘‘Yaponiya beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək böhranın böyüməsinin qarşısını almaq və tezliklə atəşkəsə nail olmaq üçün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir”.



Әlaqәli Xәbәrlәr