İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 13 fələstinli yaralanıb

İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin nümayişlərinə qarşı İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 13 nəfər yaralanıb.

1815013
İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 13 fələstinli yaralanıb

İşğal altındakı İordan çayının qərb sahilində fələstinlilərin nümayişlərinə qarşı İsrail əsgərlərinin müdaxiləsi nəticəsində 13 nəfər yaralanıb.

İordan çayının qərb sahilində yerləşən Nablus şəhəri yaxınlığında boşaldılan qeyri-qanuni Humeş qəsəbəsinə gedən qeyri-qanuni mülki yəhudi işğalçılarına cavab olaraq Burqa və Deyr Şəraf qəsəbələrində nümayişlər keçirən fələstinlilərə İsrail əsgərləri müdaxilə edib.

İsrail qüvvələri Burqada nümayişçiləri dağıtmaq üçün rezin örtüklü güllələrdən istifadə edərək 13 nəfəri yaralayıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada hadisələr zamanı yaralanan 106 nəfərə tibbi yardım göstərildiyi, onlardan 67-nin gözyaşardıcı qazdan zərər çəkdiyi qeyd edilib.

Açıqlamada bölgədə xidmət edən Qızıl Aypara təşkilatına aid təcili yardım maşınlarından birinin İsrail əsgərlərinin silahlarından rezin örtüklü güllə ilə vurulduğu da bildirilib.

Deyr Şeref bölgəsində baş verən hadisələrdə 2 nəfərin oxşar güllələrlə hədəf alındığı, 13 nəfərin isə gözyaşardıcı qazdan zərər çəkdiyi bildirilib.

Bu arada, İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrail polisi cümə günündən başlayaraq əvvəlki illərdə olduğu kimi Ramazan bayramının son gününə qədər Şərqi Qüdsdəki Məscidül-Əqsaya mülki yəhudi işğalçıların girməsinə icazə verməyəcək.

Digər tərəfdən, Fələstin prezidenti Mahmud Abbas Qüds şəhərindəki Məscidül-Əqsanın tarixi və hüquqi statusunda hər hansı dəyişikliyi tamamilə rədd etdiyini vurğulayıb.

Fələstinin rəsmi xəbər agentliyi “Wafa”nın məlumatına görə, prezident Abbas Ramallahda Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Tor Vensland ilə görüşüb.

Abbas BMT-nin Baş katibi Antonio Quterreşə göndərilmək üçün Venslanda məktub çatdırıb.

Görüşdə İsrail qüvvələri və məskunlaşan yəhudilər tərəfindən Məscidül-Əqsaya hər gün hücumlar edildiyinə diqqət çəkən Abbas hücumların Əqsanın tarixi və hüquqi statusuna zidd olduğunu və qeyri-müsəlman ziyarətlərinin İslam Vəqfləri ilə koordinasiyadan sonra reallaşmasının vacibliyini dilə gətirib. 
Bu hücumların yüzlərlə fələstinlinin yaralanmasına və həbs olunmasına səbəb olduğuna diqqət çəkən Abbas deyib ki, birtərəfli münasibətlərə son qoyulmalı və imzalanmış müqavilələrə əməl edilməlidir.
Fələstin prezidenti Abbas da BMT-ni fələstinlilərə qarşı tarixi ədalətsizliyə son qoymaq üçün beynəlxalq səyləri səfərbər etməyə çağırıb.

Görüşdən sonra açıqlama verən BMT-nin xüsusi nümayəndəsi Tor Vensland iki həftədir bölgədə baş verənlərdən dərin narahat olduğunu vurğulayıb.

BMT-nin vəziyyəti sakitləşdirmək üçün bütün tərəflərlə sıx əlaqədə olduğunu xatırladan Vensland müvafiq tərəflərə dialoqu davam etdirməyi tövsiyə edib.



Әlaqәli Xәbәrlәr