Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Kiyevə səfər edib

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel fevralın 24-dən Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın paytaxtı Kiyevə gedib.

1814990
Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel Kiyevə səfər edib

Mişel gözlənilməz səfəri ilə bağlı sosial media hesabında paylaşım edib. Açıqlamasında “Mən bu gün Kiyevdəyəm” deyən Mişel Kiyevi “azad və demokratik Avropanın ürəyi adlandırıb.

Mişel sosial media hesabında, qatar stansiyasında Ukrayna rəsmiləri tərəfindən qarşılanarkən çəkilmiş fotonu da paylaşıb. Mişelin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.

Xatırladaq ki, Aprelin 8-də Aİ Komissiyasının sədri Ursula fon der Leyen və alyansın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell də Kiyevə səfər ediblər.



Әlaqәli Xәbәrlәr