İlon Mask “Twitter”i tamamilə alır

"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask (Elon Musk) "Twitter" sosial media şirkətini satın almaq təklifinin qəbul ediləcəyi təqdirdə direktorlar şurasına maaş verilməyəcəyini bildirib

1814437
İlon Mask “Twitter”i tamamilə alır

 

  "Tesla" və "SpaceX"in baş direktoru İlon Mask (Elon Musk) "Twitter" sosial media şirkətini satın almaq təklifinin qəbul ediləcəyi təqdirdə direktorlar şurasına maaş verilməyəcəyini bildirib.

  "Twitter" hesabındakı paylaşımında İ.Mask bildirib: "Twitter"i alsam, şirkətin idarə heyətinə rəhbərlik edəcək şəxslərə maaş verilməyəcək. Beləcə, ildə 3 milyon dollara qənaət olunacaq".

  Bundan əvvəl "Twitter"in 9,2 faiz səhmlərini alan İlon Mask aprelin 14-də Amerika Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada bütün "Twitter" üçün hər bir səhmə 54,2 dollar təklif etmişdi.



Әlaqәli Xәbәrlәr