Şimali Koreya bir neçə raket sınağı keçirdi

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın aprelin 16-da növbəti raket sınaqları keçirdiyi barədə məlumat yayıb

1813396
Şimali Koreya bir neçə raket sınağı keçirdi

 

  Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın aprelin 16-da növbəti raket sınaqları keçirdiyi barədə məlumat yayıb.

  Nazirliyin 17 aprel məlumatında Şimali Koreyanın bir neçə raket sınağı keçirdiyi qeyd edilir.

  Hazırda rəsmi Pxenyan tərəfindən buraxılan raketlərin növünün təyin olunması ilə bağlı araşdırma aparıldığı bildirilir.

  Bu ərəfədə Cənubi Koreya hərbçiləri KXDR tərəfindən aprelin 16-da Yapon dənizi istiqamətində iki raket buraxdığı barədə məlumat veriblər. Təqribən 110 kilometr məsafə qət edən raketlərin 25 kilometr hündürlükdə uçduğu qeyd olunur.



Әlaqәli Xәbәrlәr