BMT: Buçadakı cəsədlər və kütləvi məzarlıqlara dair ortaya çıxan fotolardan insan dəhşətə gəlir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Ukraynanın Buça şəhərində küçələrdə olan cəsədlərin və kütləvi məzarlıqların ortaya çıxan fotolarından dəhşətə gəldiyini bildirib.

1812933
BMT: Buçadakı cəsədlər və kütləvi məzarlıqlara dair ortaya çıxan fotolardan insan dəhşətə gəlir

Ukraynanın paytaxtı Kiyev bölgəsində yerləşən və Rusiyanın hava zərbələri nəticəsində xarabalığa çevrilmiş Borodyankada bina dağıntıları altından daha 7 mülki vətəndaşın cəsədi çıxarılıb.

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən şiddətli qarşıdurmaların yaşandığı və bina dağıntıları arasında cəsədlərin axtarışlarının davam etdiyi Borodyankada son 2 gündə 17 mülki vətəndaşın cəsədi tapılıb.

Borodyanka bələdiyyəsinin məlumatına görə, indiyədək bina qalıqlarından ümumilikdə 37 cəsəd çıxarılıb.

Səlahiyyətlilər axtarışların davam etdiriləcəyini bildirib.

Aprelin 6-da cəsədlərin axtarışına başlanılan və bu günə qədər su, qaz və işıq olmadığı Borodyankada mina təmizləmə işləri də davam etdirilir.

Rusiya əsgərlərinin geri çəkilməsindən sonra küçələrdə, tarlalarda və evlərin həyətlərində çoxlu sayda partlamamış mərmi və minanın qaldığı Borodyankada təmizlik işlərinə də başlanılıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Ukraynanın Buça şəhərində küçələrdə olan cəsədlərin və kütləvi məzarlıqların ortaya çıxan fotolarından dəhşətə gəldiyini bildirib.

Baçelet verdiyi yazılı açıqlamada Buçada küçələrə atılan cəsədlərin və kütləvi məzarlıqların peyk görüntülərini dəyərləndirib.

Buça və bəzi digər şəhərlərdə dinc əhalinin qətliamları və onların kütləvi məzarlıqlara basdırılması ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu vurğulayan Baçelet bu hərəkətlərin beynəlxalq insan haqları qanunlarını pozduğu fikrini müdafiə edib.

“Buçadakı kütləvi məzarlıqlar və küçələrdəki meyitlərin görüntüləri məni dəhşətə gətirdi” deyən Baçelet kütləvi məzarlıqlardakı cəsədlərin çıxarılaraq, şəxsiyyətlərinin müəyyən edilməsi və ölümlərinin dəqiq səbəbləri ilə bağlı ailələrinə məlumat verilməsinin vacibliyini vurğulayıb.

Mişel Baçelet qeyd edib ki, Buçada baş verənləri üzə çıxarmaq üçün müstəqil və effektiv araşdırma aparmaq həyati əhəmiyyət kəsb edir.

Xatırladaq ki, aprelin 1-də Kiyev yaxınlığındakı Buça şəhərini rus qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.
Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı hərbi hücum başladıb.



Әlaqәli Xәbәrlәr