Volodimir Zelenski bir sıra ölkәnin lideri ilә birgә mәtbuat konfransında çıxış edib

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Polşa, Litva, Latviya və Estoniya hər zaman Ukraynanı ilk müdafiə edənlər sırasındadır.

1812187
Volodimir Zelenski bir sıra ölkәnin lideri ilә birgә mәtbuat konfransında çıxış edib

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Polşa, Litva, Latviya və Estoniya hər zaman Ukraynanı ilk müdafiə edənlər sırasındadır.

Volodimir Zelenski ötən gün qatarla Ukraynanın paytaxtı Kiyevə sәfәr edәn Polşa prezidenti Andjey Duda, Litva prezidenti Qitanas Nauseda, Latviya prezidenti Egils Levits və Estoniya prezidenti Alar Karis ilə görüşüb.

Görüşdən sonra Ukrayna prezidenti Duda, Nauseda, Levits və Karis ilə birgә mətbuat konfransında çıxış edib.

Mәtbuat konfransında çıxış edәn Volodimir Zelenski Polşa, Litva, Latviya və Estoniyanın Ukraynanı ilk müdafiə edənlər arasında olduğunu bildirib.

Bu ölkələrin və liderlərinin Ukraynaya silah dəstəyi baxımından ilk dəstək verənlər arasında olduqlarını vurğulayan Zelenski deyib: “Polşa, Litva, Latviya və Estoniya hər zaman dövlətimizin yanındadır''.

Zelenski bu ölkələr kimi bütün qonşu dövlətlərlə strateji vә dostluq münasibətləri qurmaq istədiklərini də vurğulayıb.

"Mən əminəm ki, bu dörd dövlət Ukraynanın gələcəyinin bütün səhifələrində birinci olacaq və bizim böyük gələcəyimiz var, çünki belə tərəfdaşlar və dostlarla biz mütləq qalib gələcəyik. Bu vacib səfərə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm’’,-deyә Volodimir Zelenski vurğulayıb.



Әlaqәli Xәbәrlәr