"Türkiyə bütün Avropa üçün çox mühüm təhlükəsizlik nöqtəsidir", E. Rama
Albaniyanın Baş naziri Edi Rama Almaniyanın paytaxtı Berlində həmkarı Olaf Şolz ilə görüşündən sonra ortaq mətbuat konfransında iştirak edib.
"Türkiyə bütün Avropa üçün çox mühüm təhlükəsizlik nöqtəsidir".
Bunu Albaniyanın Baş naziri Edi Rama Almaniyanın paytaxtı Berlində həmkarı Olaf Şolts ilə görüşündən sonra ortaq mətbuat konfransında deyib.
Jurnalistin Rusiya, Çin, Türkiyə və ya ərəb ölkələri kimi dövlətlərin son iki ildə Qərbi Balkanlara təsirinin artıb-artmadığı ilə bağlı sualını cavablandıran Rama bildirib ki, Qərbi Balkanlar üzərində təsiri ola biləcək bütün aktorların və ya üçüncü ölkələrin vəziyyəti eyni deyildir.
Xüsusilə indiki şəraitdə Rusiyanın bölgədəki təsirinin problem olduğunu dilə gətirən Rama bunun Avropa İttifaqının (Aİ) Qərbi Balkanlardakı bütün ölkələri özünə yaxınlaşdırmasının vacibliyini göstərdiyini söyləyib.
Türkiyənin isə üçüncü aktyor deyil, Albaniyanın strateji tərəfdaşı olduğunu vurğulayan Rama “Mənim nəzərimdə Türkiyə bütün Avropa üçün çox əhəmiyyətli bir təhlükəsizlik nöqtəsidir” deyib.
Rama Körfəz ölkələri ilə uzun illərdir dostluq münasibətlərində olduqlarını da vurğulayıb.
Әlaqәli Xәbәrlәr
D.Tramp andiçmə mərasimi sonrası çıxış edib
Prezidentin çıxışı partiya üzvlərinin alqışları ilə tez-tez kəsildi