Filippində qeyri-sabit hava şəraiti səbəbindən ölənlərin sayı artıb

Filippində liysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 28-ə yüksəlib.

1811018
Filippində qeyri-sabit hava şəraiti səbəbindən ölənlərin sayı artıb

TRT-nin “The New Daily” qəzetinə istinad etdiyi xəbərə  görə aprelin 10-11-də Leyte bölgəsinin Baybay şəhərində 4 kənddə baş verən sürüşmə nəticəsində 22 nəfər həyatını itirib, itkin düşən 20 nəfəri xilas etmək üçün başladılan  axtarışlar davam edir. Ölkənin Davao de Ora və Davao Oriental ərazilərində tufanın səbəb olduğu sel və torpaq sürüşmələrində isə 6 nəfər ölüb. Son bir həftədə ölkənin mərkəzi və cənub bölgələrində baş verən 200-ə qədər daşqın səbəbindən 30 min ailə təcili sığınacaqlara köçürülüb.



Әlaqәli Xәbәrlәr