İndoneziya-ABŞ birgə hərbi təlim keçirəcək

İndoneziya və Amerika Birləşmiş Ştatları (ABŞ) hər il təşkil etdikləri birgə hərbi təlimdə 14 ölkənin iştirak edəcəyini bildirib.

1810386
İndoneziya-ABŞ birgə hərbi təlim keçirəcək

 TRT-nin CNN-ə istinad etdiyi xəbərinə görə, bu barədə İndoneziya ordusundan məlumat yayılıb. Bildirilib ki, 1-14 avqust tarixlərində keçirilməsi planlaşdırılan “Garuda Shield 2022” təliminə İngiltərə, Avstraliya, Yaponiya, Malayziya, Sinqapur və Kanada da daxil olmaqla, ümumilikdə 14 ölkə iştirak edəcək. Hər il təşkil edilən ikitərəfli təlimə 14 ölkədən əsgərlərin qatılacağı ifadə edilən açıqlamada qeyd edilib ki, təlim zamanı canlı atış, xüsusi əməliyyatlar və aviasiya kimi mövzular diqqət mərkəzində olacaq. Təlimə qatılacaq ölkələrdən neçə əsgərin olacağı barədə məlumat verilməyib. ABŞ ordusu və ABŞ-ın Cakartadakı səfirliyi təlimlərlə bağlı məlumat paylaşmayıb.



Әlaqәli Xәbәrlәr