İngiltərənin Putin və Lavrovun qızlarına sanksiya qərarı

İngiltərə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun qızlarını sanksiya siyahısına əlavə edib.

1809493
İngiltərənin Putin və Lavrovun qızlarına sanksiya qərarı

İngiltərə Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun qızlarını sanksiya siyahısına əlavə edib.

İngiltərə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Putinin qızları Katerina Vladimirovna Tixonova və Mariya Vladimirovna Vorontsova və Lavrovun qızı Yekaterina Sergeyevna Vinokurova üçün səyahət qadağası və aktivlərinin dondurulması qərara alınıb.

Martın 25-də Lavrovun ögey qızı Polina Kovaleva ilə bağlı eyni qərarı alan İngiltərə bu sanksiyaları ABŞ  ilə koordinasiyalı şəkildə qəbul edib. 

Bəyanatda fikirləri yer alan xarici işlər naziri Liz Truss “Misilsiz sanksiyalar paketimiz elitanı və onların ailələrini hədəf alır, eyni zamanda Rusiya iqtisadiyyatını Sovet İttifaqının dağılmasından bəri Rusiyanın görmədiyi miqyasda daraldır” ifadəsini işlədib. 

Truss Rusiya enerjisindən istifadənin dayandırılması planlarına da diqqət çəkib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra İngiltərə 1200-dən çox insana və müəssisəyə sanksiya tətbiq etmək qərarına gəlib.



Әlaqәli Xәbәrlәr