ABŞ Senatı Rusiya vә Belarusla bağlı qanun layihәsini tәsdiqlәdi

ABŞ  Senatı Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

1809101
ABŞ Senatı Rusiya vә Belarusla bağlı qanun layihәsini tәsdiqlәdi

ABŞ  Senatı Rusiya və Belarusla normal ticarət əlaqələrinin dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Mәlumata görә, ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya etdiyi hücumlardan sonra bununla bağlı qәrar qәbul edib. ABŞ Konqresi bu çәrçivәdә hәrәkәtә keçib. Konqresin 100 üzvü qanun layihәsinin lehinә sәs verib.

Qeyd edәk ki, qanun layihәsi  ABŞ-a bu iki ölkəyə daha yüksək tariflər tətbiq etməyə, bir çox məhsulun ixrac və idxalına qadağa qoymağa və ABŞ ilə bu ölkələr arasında bütün kommersiya fəaliyyətini həyata keçirməyə imkan verəcək.

Co Bayden keçən ay Ukrayna müharibəsi səbəbindən Rusiyanın  ən imtiyazlı ölkələr siyahısından çıxarıldığını  və bu ölkə ilə normal ticarət əlaqələrini dayandırdıqlarını açıqlamışdı.

Qeyd edәk ki, Rusiya ordusu Fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr