Kanarda itkin düşən və ölənlərin sayını müəyyənləşdirmək mümkün deyil, çünki...

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə...

1808534
Kanarda itkin düşən və ölənlərin sayını müəyyənləşdirmək mümkün deyil, çünki...

 

  Afrika və Kanar adaları arasındakı miqrasiya yolu layiqli yaşamaq üçün Avropaya gedən insanların hər gün və görünməz şəkildə həyatlarını almaqda davam edir.

  BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2021-ci ildə ölən və ya itkin düşən hər beş miqrantdan biri Kanar adalarına gedərkən Atlantik okeanında ölüb. Bu, həyatlarını riskə ataraq, əsasən Afrika ölkələrinin vətəndaşlarının istifadə etdiyi ən ölümcül marşrutdur.

  İtkin Miqrantlar Təşkilatı tərəfindən tərtib edilən məlumatlara görə, 2021-ci ildə Kanar adalarına gedən yolda ən azı 93 uşaq və yeniyetmə də daxil olmaqla 1109 nəfər həlak olub. Ümumilikdə 2021-ci ildə bir ölkədən digərinə köçərkən 5795 nəfər ölüb.

  İspaniyada açıqlanan hesabata görə, 1994-cü ildən fəaliyyətdə olan Kanar adalarına gedən yol əsasən səfərin uzunluğuna və axtarış-xilasetmə imkanlarının olmamasına görə çox təhlükəlidir. Buna görə də gözəgörünməz adlandırılan gəmi qəzaları tez-tez sağ qalanların olmadığı Kanar marşrutunda baş verir və itkin düşənlərin və ölənlərin sayını müəyyən etmək demək olar ki, mümkün deyil. Ona görə də ölən miqrantların real rəqəmi daha çoxdur.



Әlaqәli Xәbәrlәr