NASA rusiyalı əməkdaşları ixtisar edib

Ukrinform informasiya agentliyi xəbər verir ki...

1807712
NASA rusiyalı əməkdaşları ixtisar edib

 

  ABŞ-ın Amerika Aeronavtika və Kosmik Agentliyi – NASA Ukraynaya qarşı hərbi təcavüz səbəbindən rəsmi Vaşinqton və Moskva arasında artan gərginlik fonunda Rusiyadakı əməkdaşlarının sayını ixtisar edib.

  Ukrinform informasiya agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın kosmik qurumunun nümayəndəsi Pem Melroy deyib. Onun sözlərinə görə, NASA hər zaman fövqəladə vəziyyət planları haqqında düşünür.

  Bir müddət öncə “Roskosmos” Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ABŞ və Avropa İttifaqının kosmik agentlikləri ilə əməkdaşlığı dayandırmaq, o cümlədən Beynəlxalq Kosmik Stansiyada əməkdaşlığı kəsmək istədiyini bildirmişdi.

  Xatırladaq ki, fevralın 24-dən Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Bu səbəbdən Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Sanksiyalar ilk növbədə bank sektoruna və yüksək texnologiya məhsullarının tədarükünə yönəlib.



Әlaqәli Xәbәrlәr