Aralıq dənizində 90-dan çox qanunsuz mücahir həlak olub

Aralıq dənizində baş verən faciədə 90-dan çox qanunsuz mühacirin həyatını itirdiyi bildirilib.

1806419
Aralıq dənizində 90-dan çox qanunsuz mücahir həlak olub

Aralıq dənizində baş verən faciədə 90-dan çox qanunsuz mühacirin həyatını itirdiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Aralıq dənizində baş verən dəniz qəzası ilə bağlı Sərhədsiz Həkimlər Təşkilatının "Twitter" səhifəsində yazdığı mesaja istinadla yazıb:

“Aralıq dənizində baş verən növbəti faciədə 90-dan çox insan həlak olub”. 

Qrandi Avropa ölkələrinin mühacirlərlə bağlı ikili standartlarına toxunaraq "Avropa Ukraynadan olan 4 milyon qaçqını səxavətlə və səmərəli şəkildə qəbul etmək qabiliyyətini sübut etdi. O, indi bunu onun qapısını döyən digər qaçqın və miqrantlara necə tətbiq edəcəyini təcili olaraq düşünməlidir" deyib.

Bu arada, Təşkilatın açıqlamasına görə, Liviyadan günlər əvvəl ayrılan və Aralıq dənizini keçməyə cəhd edən 90-dan çox qanunsuz mühacir beynəlxalq sularda həlak olub.

Qeyd edək ki, Liviya Şimali Afrikadan Avropaya qanunsuz keçmək istəyən mühacirlərin ən çox istifadə etdiyi marşrutlardan biri hesab olunur.



Әlaqәli Xәbәrlәr