ABŞ-ın Ukraynaya maliyyə yardımı

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.

1804590
ABŞ-ın Ukraynaya maliyyə yardımı

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya birbaşa 500 milyon dollar yardım etmək niyyətində olduğunu bildirib.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Ukrayna prezidenti Vladimir Zelenski bu gün telefon danışığı keçirib, ABŞ və müttəfiqləri Ukraynaya hərbi, iqtisadi və humanitar yardımlar və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

ABŞ və müttəfiqlərinin Ukraynanın təhlükəsizlik tələbləri ilə bağlı gördüyü işlərin müzakirə edildiyi telefon danışığında Bayden Zelenskiyə ABŞ-ın Ukrayna hökumətinə 500 milyon dollar birbaşa büdcə yardımı etmək niyyətində olduğunu bildirib.

Telefon söhbəti zamanı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və Ukraynaya yeni humanitar yardımlar da müzakirə edilib, Zelenski Baydenə Ukraynanın Rusiya ilə danışıqları barədə məlumat verib.



Әlaqәli Xәbәrlәr