Rusiya MN: ‘‘Xarkov vilayәtinin İzyum şәhәri әlә keçirilib’’

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinin ələ keçirildiyini açıqlayıb.

1801330
Rusiya MN: ‘‘Xarkov vilayәtinin İzyum şәhәri әlә keçirilib’’

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinin ələ keçirildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.

Rusiya ordusunun Ukraynada irəliləməyə davam etdiyini qeyd edən İqor Konaşenkov deyib: “Bu gün səhər saatlarında Rusiya ordusu Xarkov vilayətinin İzyum şəhərini nəzarətə götürüb”.

Paytaxt Kiyev yaxınlığındakı mövqelәrin uzaqmənzilli yüksək dəqiqlikli silahlardan hәdәfә alındığını qeyd edən İqor Konaşenkov deyib: "Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektləri gecə saatlarında havadan və dənizdən uzaqmənzilli yüksək dəqiqlikli silahlarla vurulub. Nəticədə Danilovka vә Kiyevin cәnubunda  9-u ‘‘S-300’’ və 4-ü "Buk-M1" olmaqla 13 hava hücumundan müdafiə sistemi məhv edilib’’.

Gecə radәlәrindә  Ukrayna ordusuna aid 60 hərbi hədəfin vurulduğuna diqqət çəkən Konaşenkov vurulan hәdәflәr  arasında 2 komanda mərkəzi, 2 reaktiv yaylım atəş sistemi, 4 sursat anbarı, 47 hərbi maşın və silahların saxlandığı ərazinin olduğunu bildirib.

Qeyd edәk ki, Rusiya Müdafiә Nazirliyindәn daha әvvәl verilәn mәlumatda bu günәdәk Ukrayna ordusuna mәxsus 255 pilotsuz uçuş aparatı, 189 reaktiv yaylım atəşi sistemi, 158 hava hücumundan müdafiə sistemi, 1564 tank və zirehli texnika, 624 haubitsa və minaatan vv  1367 hәrbi avtomobilin  məhv edildiyi açıqlanmışdı.



Әlaqәli Xәbәrlәr