Əfqanıstanda qızların məktəbdən saxlanılmasına BMT etiraz bildirdi

Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinə müraciətində deyib

1800895
Əfqanıstanda qızların məktəbdən saxlanılmasına BMT etiraz bildirdi

 

  “Mən bu gün Əfqanıstandakı Taliban səlahiyyətlilərinin qızların altıncı sinifdən təhsilinin növbəti xəbərdarlığa qədər dayandırıldığını elan etməsindən çox təəssüflənirəm”. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda hakimiyyətdə olan Talibana müraciətində deyib.

  “Yeni dərs ilinin başlanmasını bütün tələbələr, qızlar və oğlanlar, valideynlər və ailələr gözləyirdi. Dəfələrlə öhdəliklərə baxmayaraq, faktiki hakimiyyət orqanlarının altıncı sinifdən yuxarı qızlar üçün məktəbləri açmaması Əfqanıstan üçün böyük məyusluq və dərin ziyandır. Təhsildən imtina təkcə qadınların və qızların bu sahədəki bərabər hüquqlarını pozmur, həm də Əfqanıstan qadın və qızlarının böyük töhfələri baxımından ölkənin gələcəyini təhlükə altına qoyur. Mən Taliban hakimiyyətini faktiki olaraq heç bir gecikmə olmadan məktəbləri bütün tələbələr üçün açmağa çağırıram”, - deyə A.Quttereş Talibana çağırışında bildirib.

 



Әlaqәli Xәbәrlәr