Stoltenberq: "NATO-nun çəkindiricilik mövqeyində dəyişiklik edəcəyik"

Yens Stoltenberq bildirib ki, martın 24-də keçiriləcək sammitdə liderlər Ukraynadakı müharibə ilə bağlı qərarlar qəbul edəcək və alyansın çəkindiriciliyini artırmağı hədəfləyəcəklər.

1800786
Stoltenberq: "NATO-nun çəkindiricilik mövqeyində dəyişiklik edəcəyik"

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, martın 24-də keçiriləcək sammitdə liderlər Ukraynadakı müharibə ilə bağlı qərarlar qəbul edəcək və alyansın çəkindiriciliyini artırmağı hədəfləyəcəklər.

Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki qərargahında sabah keçiriləcək fövqəladə zirvə toplantısı öncəsi mətbuat konfransı keçirib.

"Biz sammitdə daha çox qərarlar qəbul edəcəyik. Çəkindirmə gücümüzü dəyişdirməliyik" deyən Stoltenberq Alyansın şərq cinahında quru, hava və dənizdəki qüvvələrin sayını artıracaqlarını bildirib.

Stoltenberq qeyd edib ki, ilk addım olaraq Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyaya daha çox hərbçi göndəriləcək.

NATO-nun müharibənin tərəfi olmadığını vurğulayan Yens Stoltenberq deyib:

"Ukraynanı NATO-ya üzvlük məsələsi Alyansın sabah baş tutacaq sammitinin gündəliyində olmayacaq".

NATO-ya üzv 30 ölkənin liderləri Rusiyanın Ukraynaya hücumundan sonrakı vəziyyəti və NATO-nun Şərqi Avropadakı uzunmüddətli mövqeyini müzakirə etmək üçün sabah bir araya gələcək.

Sammitdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.



Әlaqәli Xәbәrlәr