Rusiya-Ukrayna müharibəsi bütün Avropada bahalıq yaradıb

Bu meyil indi təkcə biznes sektoruna deyil, bir sıra sıravi istehlakçılara da öz təsirini göstərib

1798561
Rusiya-Ukrayna müharibəsi bütün Avropada bahalıq yaradıb

 

  Ukraynada hərbi əməliyyatlar bütün Avropa İttifaqı üzrə enerji daşıyıcılarının qiymətinin çox artmasına gətirib çıxarıb. Bu meyil indi təkcə biznes sektoruna deyil, bir sıra sıravi istehlakçılara da öz təsirini göstərib.

  Çexiyalı ev sahiblərinin xərcləri müharibə başlanandan bəri dörddəbir dəfə yüksəlib.  Belə ki, ölkədə üç nəfərdən ibarət ailə müharibənin ilk günü işıq, istilik və yanacaq üçün illik 5454 avro ödəyirdisə, hazırda bu xərclər illik hesabda 1492 avro artıb. Bu, cəmi üç həftə ərzində 27 faiz artım deməkdir.

  Hərbi əməliyyatların başlandığı gün iki ton mazut 2507 avro idisə, indi bu qiymət 3985 avrodur. Təbii qaz əsasında 20.000 kilovat-saat istiliyin dəyəri bu günlərdə 2138 avrodan 2728 avroya qalxıb. Benzinin qiymətində 21 faiz, dizel yanacağında isə 34 faiz artım var.

  İtaliyada artan enerji qiymətləri fonunda əhaliyə və biznes subyektlərinə dəstək məqsədilə 4,4 milyard avroluq maliyyə yardımı paketi qəbul olunub. İqtisadi-humanitar yardım haqqında fərman 5,2 milyon ailəyə şamil edilib.

  Qəbul olunan fərman çərçivəsində benzin və dizel yanacağının bir litrinin qiyməti 25 sent aşağı salınacaq. Həmçinin enerji şirkətlərinin əlavə mənfəətinin 10 faizlik vergiyə cəlb olunması nəzərdə tutulur.

  Müəssisələr may və iyun ayları üçün borclarını 24 aya qədər hissə-hissə ödəyə biləcəklər. Həmçinin yol nəqliyyatı, kənd təsərrüfatı, balıqçılıq və turizm sektorunda dekarbonizasiya hədəfinə nail olmaq üçün 150 milyon avro maliyyə dəstəyi ayrılıb.

  Qeyd edək ki, İtaliya hökuməti artan enerji qiymətləri fonunda son 6 ayda dəstək mexanizmləri ilə ümumilikdə 16 milyard avro xərcləyib.



Әlaqәli Xәbәrlәr