20 Mart Yer Kürəsi Günüdür

Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur

1798554
20 Mart Yer Kürəsi Günüdür

 

  BMT rəsmi saytı yazır ki, Ümumdünya Yer kürəsi Günü 1971-ci ildə təsis olunub və hər il yaz gecə-gündüz bərabərliyi günündə (20-21 mart) qeyd edilir.

  Yer Gününün qeyd edilməsi ənənəsi ilk dəfə ABŞ-da meydana gəlib. 1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanılıb və bu münasibətlə keçirilən tədbirlərdə iştirakçıların sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində bu gün müxtəlif aksiyalar ilə yadda qalır.

  Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist, ikincisi isə ekoloji istiqamətə malikdir.

  Martın 20-sinin 1971-ci ildə BMT tərəfindən Yer Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

 



Әlaqәli Xәbәrlәr