Çin və Hindistan mübahisəli sərhəd xətti ilə bağlı kompromisə getdilər

Martın 12-də Moldo-Çuşul sərhəd məntəqəsinin Hindistan tərəfində iki ölkə ordusu arasında korpus komandirləri səviyyəsində danışıqların 15-ci raundu keçirilib

1794487
Çin və Hindistan mübahisəli sərhəd xətti ilə bağlı kompromisə getdilər

 

  Çin və Hindistan mübahisəli sərhəd xəttində gərginliyi azaltmaq üçün 22 aylıq danışıqlardan sonra sərhədin qərb hissəsində təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün müvəqqəti kompromis əldə ediblər.

  Martın 12-də Moldo-Çuşul sərhəd məntəqəsinin Hindistan tərəfində iki ölkə ordusu arasında korpus komandirləri səviyyəsində danışıqların 15-ci raundu keçirilib.

  Görüşdən sonra verilən birgə bəyanatda tərəflər Defakto Nəzarət Xəttinin (LAC) qərb hissəsini təşkil edən Ladaxın şərqindəki bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə hərbi və diplomatik kanallar vasitəsilə dialoqu davam etdirməyə razılaşdıqlarını bildiriblər.

  Bundan əvvəl yanvarın 12-də keçirilən danışıqların 14-cü raundu görüşlərində sərhədin qərb hissəsindəki fikir ayrılıqlarını həll etmək gərəkliyi xatırladılan bəyanatda “Hər iki tərəf dövlət başçılarının qalan problemlərin tezliklə həllinə çalışmaq tapşırığına uyğun olaraq regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi barədə razılığa gəldilər və belə bir həllin LAC-ın qərb hissəsində sülh və əmin-amanlığı təmin edəcəyi vurğulanıb" ifadələri istifadə olunmuşdu.

  Xatırladaq ki, 15 iyun 2020-ci ildə Hindistanın Ladax bölgəsindəki Qalvan vadisində Hindistan və Çin əsgərləri arasında baş verən qarşıdurmada 20 Hindistan, 4 Çin əsgəri həlak olmuşdu.

  Münaqişədən sonra hər iki ölkənin hərbi birləşmələri - Hindistan yer-hava tipli raketdən müdafiə sistemi, Çin isə haubitsa və tanklarını sərhəddə yerləşdirib. Bu gərginlik dünyada “ən böyük orduya malik ölkələrin müharibə təhlükəsi” adlandırılıb.

  Sərhəddəki gərginliyi azaltmaq üçün iki ölkənin hərbi nümayəndə heyətləri arasında danışıqlara başlanılıb.

  Qeyd edək ki, Himalay dağları ilə əhatə olunmuş Çin və Hindistan arasındakı qeyri-müəyyən sərhəd xətti bu ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur.



Әlaqәli Xәbәrlәr